XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2015 - 14:15

Prezident İcra Hakimiyyəti ilə bağlı sərəncam verdi
Bu gün prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında aşağıdakı qərar verilib:
1. Əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.