XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2019 - 14:12

Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib –Açıqlama

Bakı Ali Neft Məktəbinin (BANM) Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında dövlət akkreditasiyası keçirilib.

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, Nəticə olaraq Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edib.

BANM-ın Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur.

Qeyd edək ki, BANM indiyədək iki məzun buraxılışı həyata keçirib. Ali Məktəbin məzunları yerli və transmilli şirkətlərdə 100% işlə təmin olunub, təhsillərini davam etdirmək istəyən məzunlar isə Azərbaycanın və dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində təhsil alırlar.

BANM eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.