XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

28 Mart 2019 - 14:20

Dağda köməksiz qalan azərbaycanlı tələbə xilas edilib –Türkiyədə

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, onunla birlikdə daha üç tələbə – Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib.

Onların səhhətinin yaxşı olduğu bildirilib.