XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 14:54

Dövlət qurumlarında 73 vakant vəzifəyə qarşı 300 nəfər iddia ərizə verib –Açıqlama

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

DİM-dən Strateq.az-a verilən məlumata görə, martın 28-i saat 14.30-a olan məlumata görə, müsahibədə iştirak etmək üçün 300 nəfər ərizə verib.

Bildirilib ki, ən çox müraciət Maliyyə Nazirliyində (23 vakant yerə 222 nəfər) qeydə alınıb.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 73 vakant vəzifənin 2-si 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 53-ü isə 7-ci təsnifata aid olmaqla, 2-si BA, 71-i isə BB vəzifə qrupuna aiddir.

Müsahibədə iştirak üçün qeydiyyat aprelin 14-dək davam edəcək.