XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

28 Mart 2019 - 15:20

Ramzan Kadırov Allahşükür Paşazadəni Çeçenistana dəvət edib –Səbəb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə səfər edəcək.

İdarədən Strateq.az-a verilən məlumata görə, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə həyata keçirilir.

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı beynəlxalq dini konfransda iştirak edəcəkdir.

A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcək.