XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 16:31

Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verdi –Helikopter qəzası ilə bağlı

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Qardaş Qazaxıstan Respublikasının Qızıl Orda vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.