XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

28 Mart 2019 - 18:07

İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb –“Diqlas”dakı yanğınla bağlı

“Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

“Martın 29-da saat 10:00-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərər çəkmiş vətəndaşlarla görüş keçiriləcək. Hər bir vətəndaşla fərdi qaydada dəymiş ziyanla bağlı müzakirələr aparılacaq”, – deyə nazir müavini bildirib/Azərtac.