XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 15:04

“Buna görə ABŞ-la düşmən olmağa dəyməz” – Deputat
Milli Məclisin Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, politoloq Rasim Musabəyov son günlər KİV-də və ölkənin iqtidaryönlü xadimlərinin, rəsmi şəxslərinin dilindən ABŞ-ın ünvanına səslənən ittihamlarla razı deyil.
APA-nın məxfi materiallara istinadla hökumətlə bağlı bir sıra Amerika qurumlarının Azərbaycana qarşı yönəlmiş kampaniya planlaşdırdığı barədə yaydığı məlumat Azərbaycanın ictimai rəyinə həddən artıq təsir edib. Həmin məlumatlarda iddia olunur ki, Bakıda keçiriləcək I Avropa Oyunlarından istifadə edərək demokratiya, insan hüquqlarının pozulması və korrupsiya ilə əlaqədar Azərbaycan hökumətinin nüfuzdan salınması kampaniyası başlatmaq nəzərdə tutulur. Bu kampaniyanın dövlət katibi Con Kerrinin ofisindən əlaqələndirildiyi iddia olunur.
Mia.az Virtualorg.az-a istinadən xəbər verir ki, Deputat Rasim Musabəyov bu məlumatların nə dərəcədə səhih olduğunu söyləməyin çətin olduğunu deyir və əlavə edir ki, istənilən halda ABŞ-ın Azərbaycandakı səfirliyi onları qəti şəkildə təkzib edib: “Bununla belə, yerli KİV, bir sıra siyasətçilər, QHT rəhbərləri, ekspertlər bu əməlləri pisləyən bəyanatlarla çıxış ediblər. Kerrinin ermənipərəstliyi hamıya məlum olsa da və onun 90-cı illərin əvvəllərində Konqresdə 907-ci düzəlişin müəllifi olduğunu, habelə ABŞ-ın Osmanlı imperiyasında “erməni soyqırımı”nı tanıması üçün lobbiçilik etdiyini yada salmaq kifayət etsə də, buna görə ABŞ-la düşmən olmağa dəyməz.
çox əhəmiyyətli də olsa, ayrı-ayrı idarələrin, şəxslərin mövqeyinə görə ABŞ-ı az qala Azərbaycanın düşməni elan etməyə dəyərmi? Bəli, erməni lobbiçiləri ənənəvi olaraq Dövlət Departamentində və Kapitolidə güclüdür. Amma o da faktdır ki, Energetika Nazirliyində, Pentaqonda, terrorizmə qarşı mübarizə məsələsində bizimlə sıx əməkdaşlıq edən kəşfiyyat idarələrində (MKİ, MNKİ, MTA) Türkiyə və Azərbaycanın mövqeləri də kifayət qədər güclüdür.
Sadəcə olaraq Dövlət Departamentinin və Konqresin mövqeyi açıqdır, Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyət göstərən hökumət idarələri isə adətən məxfi fəaliyyət göstərir, amma kifayət qədər böyük təsirə malikdirlər”.
R.Musabəyovun sözlərinə görə, prinsipcə o da əhəmiyyətlidir ki, ABŞ-ın və Azərbaycanın milli maraqları üst-üstə düşmür, amma bir-birinə yaxşı uyğunlaşır: “Münasibətlərimizin süni olaraq gərginləşdirilməsi hər iki tərəfə ziyan vurur. Buna görə ictimai qiymətləndirmələrdə təmkinli olmaq, etibarlı dialoqu davam etdirmək, gətirilən dəlilləri dinləməyə hazırlıq nümayiş etdirmək lazımdır. Amerika rəhbərliyində qərəzli şəxslər gəlir-gedir. ABŞ isə gözlə görünən gələcəkdə yeganə böyük dövlət olaraq qalır. Onunla tərəfdaşlıq öz iqtisadiyyatını inkişaf etdirmək və mürəkkəb təhlükəsizlik problemlərini həll etmək istəyən istənilən ölkə üçün vacibdir”.