XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2019 - 00:06

İran FHN:"Daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfər çatıb"

İranda ötən həftə başlayan daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfər çatıb.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbərinin müavini bildirib.

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Müavin deyib: “Fars əyalətində 21 nəfər, Gülüstanda 7 nəfər, Mazenderanda 5 nəfər, Şimali Xorasanda 3 nəfər, Kohgiluyə və Boyer-Əhməddə 2 nəfər, Kermanşahda 1 nəfər, Xuzestanda 1 nəfər, Lorestanda 2 nəfər, Həmədanda 1 nəfər və Semnanda 1 nəfər həlak olub”.

Xatırladaq ki, 10 gün ərazində İranda davam edən güclü yağıntılar daşqınlara səbəb olub. Bəzi şəhər və kəndlər su altında qalıb. Gülüstan vilayətinin Gümüşan və Siminşəhr şəhərləri boşaldılıb/Trend.