XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 00:23

Avropa çempionatı:Rafael Ağayev finala yüksəldi

Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

“Report”un məlumatına görə, 34 yaşlı idmançı buna 75 kq çəki dərəcəsində nail olub. Ağayev ardıcıl olaraq, Yusid Sulyiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosovo) və Stanislav Horuna (Ukrayna) üzərində qələbə qazanıb. O, martın 30-da keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.

Həmin gün digər karateçilərdən Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Rafael Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının qalibi olub.