Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.
Strateq.az bildirir ki, bu barədə haqqın.az məlumat yayıb. Şəhidin ailəsi bu gün Heydər Əliyev Fonduna dəvət olunub və onlara bildirilib ki, Mehriban Əliyevanın tapşırığı ilə məsələ həll olunub. Şəhid ailəsinə Nərimanov rayonunda mənzil verilib.
Qeyd edək ki, tikinti maqnatı kimi tanınan “Şərurlu İsfəndiyar” aprel şəhidi Sənan Axundovun sağlığında aldığı mənzili əlindən alınması barədə məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Şəhid zabitin mənzilə görə 53 min manat ödəməsinə baxmayaraq sahibkar məsələni mübahisələndirib və məhkəmə qaydasında həll etməyə üstünlük verib.