XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 16:00

Rusiya DİN-dən qorxulu açıqlama:"İŞİD-in maraqları Orta Asiyaya və Ermənistana doğru hərəkət edir"

Suriya və İraqda məğlubiyyətə uğradıldıqdan sonra İŞİD terror qruplaşması maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx “Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir.

“Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq”, – idarə rəisi vurğulayıb.  (Report)