XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 14:12

Həftənin ilk gününün havaPROQNOZU

yagis

 

Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabaha zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, arabir güclənəcək qərb küləyi əsəcək. Temperatur gecə 2-7° isti, gündüz 11-16° isti olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman, ayrı-ayrı yerlərdə arabir güclənəcək şimal-şərq küləyi proqnozlaşdırılır. Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək.