XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2019 - 22:15

Topaz Premyer Liqası:"Neftçi" səfərdə "Keşlə"ni minimal hesabla məğlub edib

Martın 30-da futbol üzrə Topaz Premyer Liqasının XXII turunun növbəti oyunu keçirilib.

Turun ilk gününün ikinci qarşılaşmasında “Neftçi” səfərdə “Keşlə” klubunun qonağı olub.

“ASK Arena” stadionunda keçirilən görüşdə “Neftçi” minimal hesabla qələbə qazanıb – 1:0.

Oyunda yeganə qolu 79-cu dəqiqədə Emin Mahmudov vurub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində “Neftçi” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində əsas rəqibi sayılan “Qarabağ”dan üç xal irəli keçib. Bir oyun az keçirən ağdamlılar aprelin 1-də səfərdə “Sumqayıt” komandası ilə qarşılaşacaqlar(azərtac).