XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

28 Fevral 2016 - 19:40

Opera və Balet Teatrında interaktiv tamaşa nümayiş olunacaq

opera-teatri

 

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Balaca donuz Peppa özünə dost yığır” tamaşası göstəriləcək.

 

AZƏRTAC xəbər verir ki, səhnə əsəri İngiltərənin “Entertainment ONE UK” şirkətinin lisenziyası üzrə “Donuz Peppa” cizgi filminin yaradıcısının uşaqlar üçün şən, musiqili interaktiv tamaşasıdır. Uşaqlar yalnız möhtəşəm şouya baxmayacaq, həm də Peppa ilə oynaya biləcək, çoxlu mahnı və rəqs öyrənəcək, yeni, faydalı məlumatlar əldə edəcəklər. Balaca tamaşaçılar Peppa, onun atası, anası və qardaşı Corc ilə birlikdə donuzlar ailəsinin evində olacaq, gizlənqaç oynayacaq, balaca ördəklərin rəqsini öyrənəcək, ördək balasını xilas etməyə kömək göstərəcəklər. Uşaqlar sevimli qəhrəmanları ilə şəkil çəkdirmək imkanı da əldə edəcəklər.

 

“Donuz Peppa” cizgi filmi ənənələri əsasında hazırlanan tamaşa uşaqlarda dostluq, qarşılıqlı kömək, ailə dəyərlərinin qorunması, yaşlılara hörmətlə yanaşmaq kimi keyfiyyətlər aşılayacaq.