XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2019 - 18:28

Saatlıda faciə –9-cu sınif şagirdi qəflətən dünyasını dəyişib

Saatlıda 9-cu sinif şagirdi yıxılaraq ölüb.

“Report”un verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində Saatlı rayonu Bəylik kəndində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi Tarverdiyev Rüstəm Vüqar oğlu kənd ərazisində olan su bulağının kənarında əyaqqabısını təmizləyərkən anidən arxası üstə yıxılıb.

Onu dərhal Sabirabad rayon xəstəxanasına aparıblar. Buna baxmayaraq, Rüstəmin həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.