XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 17:48

Şəhid ailələrinə şad xəbər- Ev veriləcək (Video)

Azərbaycanda iyul ayı ərzində şəhid ailələrinə mənzillərin verilməsi planlaşdırılır.

Strateq.az-ın ans-ə istinadən məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin əməkdaşı çingiz Əliyev bildirib ki, bu cür ailələrə əvvəllər mənzillər ayrı-ayrı tikilib verilib. Amma indi adi insanların da yaşadığı mənzillərdə şəhid ailələrinə evlərin verilməsi nəzərdə tutulur. Buna görə artıq respublikanın 5 şəhərində – Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan və Gəncə şəhərlərində fərdi evlərin və binalarda mənzillərin verilməsi nəzərdə tutulur.

çingiz Əliyev onu da qeyd edib ki, bu mənzillər növbəlilik əsasında veriləcək. Təmir olunacaq evlərdə artıq işlərə başlanılıb. Yeni tikilən mənzillərdə evlər say əsasında hər kəsə veriləcək.