XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2019 - 23:30

Türkiyədə keçirilən seçkilərdə AKP 24 vilayət və 16 böyükşəhər bələdiyyəsi sədrliyində irəlidədir

Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermənin ilkin nəticələri qeyri-rəsmi olaraq açıqlanmaqda davam edir.

Yerli vaxtla saat 22.00-nin məlumatına görə, artıq seçki qutularının 75 faizi açılıb. Saylan bületenlərə görə, birinci yerdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”, ikinci yerdə isə Cümhuriyyət Xalq Partiyası(CHP) ilə İYİ Partiya isə “Milliyyət ittifaqı” bloku gedir.

Ədalət və İnkişaf Partiyası 24 vilayət və 16 böyükşəhər bələdiyyəsi sədrliyində, o cümlədən 535 rayon üzə irəlidə gedir. Ölkə üzrə ən çox seçicisi olan İstanbul vilayətində də liderlik AKP-yə məxsusdur. “Cümhur ittifaqı”nın namizədi Binəli Yıldırım səsvermədə iştirak edən seçicilərin təxminən 50 faizinin etimadını qazanıb.