XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 18:50

DAK ermənilərin güneydə törətdiyi soyqırımları Bakıda anıb
Mayın 1-də DAK Azərbaycan Nümayəndəliyinin sədri Səftər Rəhimlinin rəhbərliyi ilə Beynəlxalq Mətbuat Mərkəzində “Güney Azərbaycanda erməni vəhşiliyi” adlı konfrans keçrilib. Konfransda DAK rəhbərliyindən doktor Cavad Derəxti, professor Qulamrza Səbri Təbrizi, professor Paşa Qəlbinur, Əjdər Tağızadə, professor Əliyar Səfərli, professor Məhəmməd Nəcəfzadə, Dünya Əliyeva və Elnur Eltürk, Əli Qasımov, Taleh Əliyev çıxış ediblər.
Tədbiri açan DAK-ın Azərbaycandakı Nümayəndəliyinin sədri Səftər Rəhimli bildirib ki, ermənilər 1918-ci ildə Quzey Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımından öncə eyni addımı 1915-ci ildən başlayaraq Güney Azərbaycanda atıblar. Onun sözlərinə görə, ermənilər Urmuda, Xoyda və Salmasda evlərə vəhşicəsinə basqınlar edərək dinc əhalini qətlə yetiriblər: “1915-ci ildə Petros adlı erməni komandanı quldur dəstəsi ilə birlikdə azərbaycanlılara basqın edib, Əsgərxan məhəlləsində qanlı faciələr törədib. 159 gün davam edən qırğınlar nəticəsində 150 min türk qətlə yetirilib. 1917-ci ildə isə erməni quldur dəstələri Urmiya və Xoy şəhərlərində qətliamlar törədiblər. Araşdırmalar göstərir ki, ümumilikdə Güney Azərbaycanda xüsusilə Cilovluq faciəsi başda olmaqla ermənilər tərəfindən qətlə yetirilən Azərbaycan türklərinin sayı 300 min nəfər olub”.
DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi bildirdi ki, dünyanın ermənilərin törətdiyi soyqırım siyasətini türklərin adına çıxması böyük ədalətdizlikdir. “Ermənilərə qarşı bütün Azərbaycan türkləri” deyən Q.S.Təbrizi erməni yalanlarının ifşası üçün türk tarixinin daha geniş təbliğini vacib saydığını deyib.
Professor Paşa Qəlbinur da təbliğatı tarixi faktlar üzərində qurmağın önəmindən danışıb: “Həqiqət çox uzaqdan gəlir. Gözümüzün qarşısında olan Xocalı faciəsi və Qarabağda baş verənlər ermənilərin vəhşiliyinin sübutudur. Dünya görməlidir ki, millətimiz cinayətkar bir dövlətlə üz-üzədir və onlar bizə qarşı bütün çirkin üsullara əl atırlar”.
Azərbaycanın İrandakı keçmiş səfiri akademik Əlyar Səfərli isə ermənilərə qarşı Güney Azərbaycanda böyük təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğuladı və Güney Azərbaycanın son durumunu xatırladaraq güneyli soydaşlarımıza sahib çıxılmasının gərəkliyinə diqqət çəkdi.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə Andranikin başçılığı altında Naxçıvandan keçərək Güney Azərbaycana gələn 4 minlik erməni qoşununun törətdiyi qırğınlardan danışıb.
Yığıncaqda erməni-fars yalanlarına qarşı Güneyli-Quzeyli Azərbaycan türklərinin birlikdə fəaliyyət göstərməsinin, Azərbaycan və Türkiyəyə bu məsələlərin təbliğində dəstək olmanın vacibliyi vurğulanıb.
Musavat.com