XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2019 - 23:31

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb- Statistika

Bu ilin yanvar-mart aylarında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 0,5% azalıb. ONA-nın məlumatına görə, bu barədə “Global Stats” statistik mərkəzin hesabatında bildirilir.

Aprelin 1-nə olan məlumata görə, “Facebook”un Azərbaycanın sosial media bazarında payı 39% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,3% çoxdur. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, istifadəçilərin ölkə üzrə fəallığı ilin əvvəlindən 24% artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin aprelin 1-nə olan tarixə payı 19,5% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində ölkə üzrə “Youtube” şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7% azalıb. Aprelin 1-nə olan məlumata əsasən, “Youtube” 18,2% pay ilə sosial media bazarında 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 53% azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: “Instagram” – 10,8%, “Twitter” – 7,1%, “VKontakte” – 1,78%, “Google+” – 1,75%.