XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 10:35

Azərbaycandakı xarici diplomatlar bölgələrə səfərə çıxdı –Açıqlama

Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkənin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində məlumatlanmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfəri başlayıb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizami Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil Zavodu ilə tanış olacaqlar. Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.

Səfər aprelin 3-də başa çatacaq.