XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 23:08

“Qalatasaray”ın daha bir acı məğlubiyyəti –Dənizlinin komandası uçruma yuvarlanır

qalatasaray-5-ci sira

 

Türkiyə superliqasının 23-cü həftəsində "Qaziantepspor"a qonaq olan "Qalatasaray" səfərdən məğlub ayrılıb.

 

Strateq.az xəbər verir ki, cəzalı Podolski ilə Sneyderin olmadığı komanda ilə meydana çıxan "Qalatasaray" oyunun 5-ci dəqiqəsində qapısında qol görüb. Hesabı Əmrə Nefis açıb – 1:0.

 

İkinci hissədə də ev sahibi üstün oynayıb. Belə ki, 54-cü dəqiqədə Larsson komandasının hesabını artıran qolu vurub – 2:0.

 

Bu məğlubiyyətdən sonra Mustafa Dənizlinin baş məşqçisi olduğu "Qalatasaray" turnir cədvəlində 37 xalla 5-ci sırada qərarlaşıb. "Qaziantepspor" isə 30 xalla 9-cu sıraya yüksəlib.

 

Xatırldaq ki, bir neçə gün əvvəl "Qalatasaray" Avropa liqasının cavab qarşılaşmasında İtaliyanın "Latsio" komandasında da uduzaraq, bu mötəbər yarışdan kənarda qalıb.

 

Onu da qeyd edək ki, sabah lider "Beşiktaş"la "Fənərbaxça" arasında derbi oyunu olacaq.

Strateq.az