XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 14:50

Ögey uşaqlı analara güzəşt olunacaq –Palatadan təklif

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edilib.

“Report” xəbər verir ki, bu, palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və “Sosial müavinətlər haqqında “ Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır.