Tərtər rayonunun sabiq İcra başçısı Sərdar Həmidov vəfat edib.
Strateq.az xəbər verir ki, bu barədə sabiq İcra başçısının yaxınları məlumat veriblər.
Xatırladaq ki, S.Həmidovun bu gün səhər saatlarında qəflətən halı pisləşmişdi. O, 1 saylı Mərkəzi Kliniki Xəstəxanasına yerləşdirmişdi.
Onu da qeyd edək ki, S.Həmidov sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.
Allah rəhmət eləsin!