XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 16:35

DYP-yə cərimələrin ödənilməsi asanlaşdı –Nazirlikdən açıqlama

Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün olacaq.

Strateq.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, “SmartPay” ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək mümkündür.

Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər. Eyni zamanda, ödəmələri “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.