XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 17:10

Azərbaycanlıların yaşadığı rayonda məcburi köçkün qəsəbəsi salınacaq –Gürcüstanda

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda məcburi köçkünlər üçün qəsəbə salınacaq.

Qəsəbə Gürcüstan və Almaniya hökumətləri arasında bu ilin fevral ayında imzalanmış 10 mln. avro məbləğində qrant müqaviləsi çərçivəsində inşa olunacaq.

Layihə ilə bağlı Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayon icra başçısı səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadze, Danimarka Qaçqınlar Şurasnın Gürcüstan Nümayəndəliyinin direktoru Vinsent Donto arasında görüş keçirilib. Tərəflər Kvemo Kartli bölgəsində həyata keçiriləcək tədbirlər və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu il start veriləcək və 2021-ci ildə başa çatdırılacaq layihəyə əsasən, Marneulidə bir neçə ildir yaşayan və kənd təsərrüfatı ilə məşğul olan 32 məcburi köçkün ailəsi üçün fərdi evlərdən ibarət kənd tipli qəsəbə inşa olunacaq. Yaşayış evlərinin tikintisi ilə bağlı ilkin büdcə 25 min avro təşkil edir.

Yeni evlərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluğu üçün qrantların ayrılması da nəzərdə tutulub.

Almaniya İnkişaf Bankının (KfW) maliyyələşdirəcəyi layihəni Danimarka Qaçqınlar Şurası həyata keçirəcək.

Qeyd edək ki, hazırda Gürcüstanda Abxaziya və Tsxinval bölgəsindən olan təxminən 267 min məcburi köçkün yaşayır/Report.