XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 19:06

Teymur Rəcəbov:"O, diqqətli oldu, bir an belə fürsət yaratmadı"

“Partiyada heç bir tərəfdə üstünlük olmadı. 27-ci gedişə qədər bir neçə il əvvəl başqa turnirdə oynadığım partiyanı təkrarlayırdım”. 

Bu fikirləri “ShamkirChess 2019” superturnirinin III turunda Çin təmsilçisi Dinq Lirenlə heç-heçə edən Teymur Rəcəbovdeyib.

32 yaşlı şahmatçı rəqibin ağıllı oynadığını və səhvə yol vermədiyini bildirib: “Səhv olsaydı, üstünlük qazanmaq imkanım var idi. Sadəcə, Liren diqqətli oldu, bir an belə fürsət yaratmadı”.

Qrossmeyster gələcəkdə öz akademiyasını açmaq istəyini də söyləyib: “Hazırda karyeramı davam etdirirəm. Amma akademiya barədə düşündüyümü gizlətmirəm. Gələcəkdə uşaqlar üçün şahmatla bağlı xüsusi məkanın olmasını istərdim. Orada uşaqlara şahmat öyrədiləcək. Mən də biliyimi onlara öyrətməyə çalışacağam. Hazırda bu fikirləri reallaşdırmaq mümkün deyil. İstəmirəm ki, akademiyam olsun, amma özüm ildə bir dəfə ora gedim. Əgər bu işə başlayıramsa, gərək sona qədər peşəkar olaraq ümidləri doğruldum. Uşaqlarını etibar edərək akademiyaya gətirəcəklərsə, məni də orada görməlidirlər”.

Çinli Dinq Liren isə rəqibin ona qarşı yaxşı hazırlaşdığını bildirib: “Teymur maraqlı debüt etdi. Bir neçə variant var idi. Mümkün qədər ehtiyatlı oynamağa nail oldum. Heç-heçə ədalətli nəticədir. Qələbə görsənmirdi. Rəqibə üstünlük qazanmağa imkan vermədim, ona görə oyunu uzatmağa ehtiyac yox idi”.

D.Liren sosial şəbəkələrə vaxt ayırmadığını, yalnız bir şəkil yükləməklə kifayətləndiyini sözlərinə əlavə edib: “Çində facebook, twitter, instagram yoxdur. Daha doğrusu, geniş istifadə olunmur. Bizim özümüzün sosial şəbəkəsi var. Ona görə orada qeydiyyatdan keçmişəm. Fikrimcə sosial şəbəkə vaxt itkisidir. Məhz bu səbəbdən aktiv deyiləm”.

Report