XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 21:53

AKP-nin etirazı qəbul edildi –İstanbulda səslər yenidən sayılır

AKP-nin İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Axar.az xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq.

Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi.