XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 12:36

Saakaşvili:"Heç bir siyasi post tutmağı planlaşdırmıram"

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıması üçün şərtini açıqlayıb.

O, Gürcüstanın “Rustavi-2” televiziyasına müsahibəsində deyib ki, Ukraynada inqilab baş verib.

M.Saakaşvili bildirib ki, prezident seçkisinin ikinci turunda Vladimir Zelenski qalib gəlsə, Ukraynaya qayıdacaq. Keçmiş dövlət başçısı vurğulayıb ki, heç bir yüksək siyasi post tutmağı planlaşdırmır.

Qeyd edək ki, martın 31-də Ukraynada keçirilən prezident seçkisinin birinci turunda qalib müəyyənləşməyib. İkinci turda Vladimir Zelenski ilə hazırkı prezident Petro Poroşenko mübarizə aparacaq. (Report)