XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 13:13

Sahibkarlar “Diqlas”da salamat qalan mallarını çıxarmağa başlayıblar- FOTO

“Diqlas”da baş verən yanğından zərərçəkənlər ticarət mərkəzində salamat qalan mallarını çıxarmağa başlayıb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğından sonra ticarət mərkəzinə baxış keçirilib. Baxış zamanı bəzi dükanlarda texniki avadanlıqların salamat qaldığı müəyyən edilib.

Bu gün sahibkarlara yanmayan mallarını çıxarmağa icazə verilib. Səhər saatlarından başlayaraq sahibkarlar yanmayan mallarını hissə-hissə çıxarmağa başlayıb.