XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2019 - 13:34

Rusiyanın sənaye və ticarət naziri Bakıya gələcək- Aprelin 4-də

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov aprelin 4-də Bakıya səfər edəcək. Bu barədə Trend-ə Azərbaycan hökumətindən bildiriblər.

Nazirlə yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri də gələcək.

D.Manturovun səfəri çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə tədbir keçiriləcək. Tədbirə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti v.i.e. Yusif Abdullayev və Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnev də qatılacaq.

İştirakçılar əlaqələrin möhkəmləndirilməsi üçün gələcək addımları müzakirə edəcəklər.

İşgüzar missiya çərçivəsində müvafiq sahədə bir sıra sazişlər də imzalanacaq.