XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 20:12

“AMEA-nın professoru” elmi adı üçün musabiqə başlayır- Rəyasət Heyəti qərar verdi

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsinə qərar verilib.

İclasda müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorlarının iştirak etməsi qeyd olunub.

Müsabiqədə, həmçinin Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında xüsusi xidmətləri olan xarici ölkə alimləri də iştirak edə bilərlər(azərtac).