XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 14:05

Azərbaycan Ordusunun ən yaxşı tank bölüyü bəlli oldu –VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib.

Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.