XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 20:18

Ədliyyə Nazirliyində yeni komissiya yaradılıb –Səbəb 

Ədliyyə Nazirliyində Prezident fərmanı ilə bağlı komissiya yaradılıb. 

Bu barədə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında qərar qəbul olunub.

Kollegiyanın qərarı ilə fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb/Report.