NATO ölkələri alyansın Qara dənizdəki vəziyyətinin müəyyən edilməsi və Gürcüstan ilə Ukraynaya dəstəyin artırılması ilə bağlı razılığa gəlib.
Bu barədə ittifaqın baş katibi Yens Stoltenberq məlumat verib.
O bildirib ki, söhbət sərhəd mühafizəsinin, hərbi-dəniz qüvvələrinin gücləndirilməsindən, təlim-tədris prosesinin aparılmasından və informasiya mübadiləsindən gedir/Axar.az.