ABŞ aprelin 10-da Venesuelaya humanitar yardım üzrə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını istəyib.
Bu barədə “TASS”a diplomatik mənbə məlumat verib.
“Belə görüş istənilib və bu görüş aprelin 10-da keçirilə bilər. Lakin hər şey Təhlükəsizlik Şurasının sədri Almaniyanın qərarından asılı olacaq” – deyə, mənbə bildirib/Report.