XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 00:04

“ShamkirChess2019″un V turu:Azərbaycanlı şahmatçılar qələbə qazana bilməyib

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində bu gün V turun görüşləri keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə, Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə heç-heçə edib. Beləliklə, Rəcəbov bütün görüşlərində, Məmmədyarov isə 4-cü qarşılaşmasında xalları yarı bölüb. Onların heç biri hələ qələbə qazana bilməyib.

Əvəzində digər qarşılaşmalarda ağ fiqurlarla oynayanlar qalib gəliblər. Sabah turnirdə fasilə elan olunacaq. VI turun görüşləri isə aprelin 6-da keçiriləcək.

“ShamkirChess 2019”

V tur – 4 aprel

Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5

David Navara (Çexiya) – Dinq Liren (Çin) – 1:0

Vişvanatan Anand (Hindistan) – Aniş Giri (Hollandiya) – 1:0

Alekandr Qrişuk (Rusiya) – Veselin Topalov (Bolqarıstan) – 1:0

Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3,5 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, hərəyə 2,5 xala malik David Navara, Aleksandr Qrişuk, Dinq Liren və Teymur Rəcəbov 4 – 7-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Veselin Topalov 8-9-cu yerləri bölüşür. Sonuncu pillədəki Aniş Girinin isə 1,5 xalı var.