Türkiyənin Elazığ bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Strateq.az xəbər verir ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 20:31 dəqiqədə Sivris rayonu ərazisində 2,8 kilometr dərinlikdə qeydə alınıb. Hazırda dağıntılar barədə dəqiq məlumat yoxdur. İnsan tələfatının olmadığı bildirilir.
Xatırladaq ki, bu gün Dənizlidə də 4.3 bal gücündə zəlzələ olub.