XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2019 - 09:55

“Biz mütləq Moskvada olacağıq, tankların üzərində…” –Ukraynalı nazir

Ukraynanın infrastruktur naziri Vladimir Omelyan Rusiya Nəqliyyatçılar İttifaqının vahid nəqliyyat məkanını müzakirə etmək üçün nümayəndə göndərmək təklifinə sərt reaksiya verib.

Nazir öz “Facebook” səhifəsində Rusiya Nəqliyyatçılar İttifaqının dəvətinə cavabında Moskvaya tankda daxil olacağını yazıb: ”

“Srağagün “aviasiya əlaqəsi bərpa edək”, bu gün Moskvada vahid nəqliyyat məkanını müzakirə etmək üçün dəvət edirik… Biz mütləq Moskvada olacıq. Müttəfiqlərlə birlikdə! Üzərində “Moskvaya doğru” yazılan tanklarla”.  (Report)