XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 11:22

“Ermənilər Azərbaycana girdi, müharibə başladı”

senger

 

Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb.

 

Strateq.az anspress-ə istinadən xəbər verir ki, başda "Moskovskiy Komsomolets" saytı olmaqla bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.

 

Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.

 

Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə telefon zənglərinə cavab vermir. Təbii ki, bu dezinformasiyadır.

 

Çünki elə həmin gün Anspress Müdafiə Nazirliyi ilə əlaqə saxlamışdı. Nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.

 

Anspress yerli sakinlərlə də əlaqə saxlayıb. Sakinlər bildiriblər ki, hazırda rayonda sakitlikdir. Həyat öz axarı ilə gedir. Heç bir problem yoxdur.