XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2019 - 10:34

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılaraq ağır xəsarət alıb- VİDEO

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Karaman şəhərinin Fenari məhəlləsində Molla Fenari prospektində qeydə alınıb.

Belə ki, Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 20 yaşlı Həmdəmin Balakişiyev qaldığı tələbə yataqxanasının 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən düşərək ağır xəsarət alıb.

Məlumata görə, H.Balakişiyev epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Tələbə yoldaşları onun hava almaq üçün pəncərəyə yaxınlaşdığını, ancaq epilepsiya tutması nəticəsində müvazinətini itirərək, təxminən, 15 metr yüksəklikdən beton səki üzərinə düşdüyünü bildiriblər. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan azərbaycanlı tələbə ilkin tibbi yardım göstərildikdən sonra Karaman Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.