XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2019 - 12:51

Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı keçirir- Bu tarixədək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində “Təmiz hava” aylığı keçirir.

İdarədən ONA-ya verilən məlumata görə, məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.

Bildirilib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

“Təmiz hava” aylığı aprelin 28-dək davam edəcək.