XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 10:00

Əfqanıstanda əməliyyat –İŞİD-in 70 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyatkeçirilib.

Bu barədə “Khaama Press” xəbər verib.

Xəbərdə bildirilir ki, əməliyyat ölkənin şərqində, Nanqarhar əyalətində təşkil olunub. Hojani ərazisində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olan azı 70 döyüşçü zərərsizləşdirilib.

Məlumata görə, əməliyyat zamanı həmçinin terrorçuların silah anbarı da məhv edilib.

Qeyd edək ki, dünən Əfqanıstanda törədilən partlayışlar nəticəsində azı 2 nəfər ölüb, 20 nəfərədək insan xəsarət alıb.  (Report)