XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 11:15

İspaniya La Liqası:“Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb

Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Azərtac xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” səfərdə turnir cədvəlinin hazırkı lideri “Barselona” komandasının qonağı olub.

“Nou Kamp” stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan birinci hissədə hesab açılmayıb.

Matçın ikinci hissəsinin 85-ci və 86-cı dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunda qələbə qazanıb.

Bu qələbə sayəsində “Barselona” 62 xalla ikinci pillədə qərarlaşan “Atletiko Madrid”ən 11 xal öndədir.