XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 10:10

Sumqayıtda yeni marşrut xətti açılıb –Məcburi köçkünlər üçün

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni maşrut xətti açıb.

Bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsinə dair “Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi” marşrutu üzrə 533 saylı yeni xəttin açılmasını təmin edib.

“Həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərimizin xidmətindədir. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb”, – deyə N.Allahyarova bildirib.   (Report)