XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 12:18

İTV əməkdaşının ölümü ilə bağlıcinayət işi başlanıb

İTV əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb

 

 

 İctimai Televiziyanın (İTV) əməkdaşının ölümü faktı üzrə cinayət işi başlanıb.

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu haqda Səbail rayon Prokurorluğundan məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

İtkin düşəndən 35 gün sonra R. Əliyevin meyiti “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib.

 

R.Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.