XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 12:35

Tıxac problemihəll oluna bilər

probka

 

Komitə sədri Abbas Ələsgərov Bakının mərkəzində tıxac probleminin həlli yolunu açıqlayıb

 

"Belarusun "BELNİİP­Qradostroitelstvo" respublika unitar elmi layihə müəssisəsi mütəxəssislərinin hazırladığı konsepsiyaya uyğun olaraq hələ o zaman Nəqliyyat Nazirliyi tıxacların aradan qaldırılması məqsədi ilə Bakı Buxtası üzərindən körpünün tikilməsi təklifini vermişdi. Biz Koreya mütəxəssisləri ilə birlikdə buna alternativ olaraq bulvarın 200 metr məsafəyə qədər genişləndirilməsi yolu ilə mərkəzin dolama magistral yolunun inşasının – tunelin çəkilməsini təklif etmişik".

 

Strateq.az APA-Economics-ə istinadən xəbər verir ki,  bunu  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

 

A.Ələsgərovun sözlərinə görə, bu tunelin inşa olunması Neftçilər prospektində tıxac probleminin həllində əsaslı rol oynaya bilər:

 

"Beləliklə, Bakı körfəzi adaları 2050-ci ilədək həyata keçirilməsinin II mərhələsində yeni ərazilər hesabına genişlənəcək və estakadalarla materiklə birləşəcək. Adalarda çimərliklər, istirahət yerləri hazırlamaq, okeanarium, delfinarium, akvaparklar, mehmanxanalar və biznes mərkəzləri kimi unikal obyektlər yerləşdirmək məqsədəuyğun hesab olunur".