XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 19:16

“Azərsu” ASC-də yeni komissiya yaradıldı, Tədbirlər Planı təsdiqləndi –Məqsəd

26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək növbəti “Formula-1” yarışları ilə əlaqədar Azərsu ASC idman və turizm obyektlərinin su və kanalizasiya sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək istiqamətində işlərə start verib.

“Azərsu” ASC-dən Strateq.az-a verilən məlumata görə, tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədi ilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq, yarışların keçiriləcəyi ərazilərdə içməli su və kanalizasiya infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb.

Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 8 km-dək kanalizasiya xətləri, 600-dək kanalizasiya quyusu və barmaqlıq təmizlənib.

Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilib. Bu məqsədlə Azərsu ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.