XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2019 - 19:56

Ucarda uçqun oldu –Torpaq altında qalan iki nəfər xilas edildi

Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.