XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2019 - 22:03

Avropa çempionatı:güləşçilərimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb. Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub.

Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz aprelin 9-da təsəlliverici görüşə çıxıb və Fransa təmsilçisinə qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Son görüşdə də bolqar rəqibindən daha yaxşı çıxış edən Mahir ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olub.Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb.

Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı türk həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub.

Beləliklə, Əliyev indi həm 3 qat dünya, həm də 3 qat Avropa çempionudur!

Report